İsrailin baş naziri Səudiyyə Ərəbistanına səfər edib

  • SpaceTV
  • 23 Noyabr 2020 12:33

İsrailin baş naziri Benyamin Netanyahu və “MOSSAD” Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Yosi Koen gizli formada Səudiyyə Ərəbistanına səfər ediblər.

Spacetv.az xəbər verir ki, məlumatı “NEWSru.co.il” yayıb.

Hökumət başçısı və “MOSSAD” rəhbəri Səudiyyə Ərəbistanının vəliəhdi, baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla görüşüblər. Görüşdə ABŞ-ın dövlət katibi Mayk Pompeo da iştirak edib.

Məlumata görə, baş nazir və baş kəşfiyyatçı San-Marinoda qeydiyyatdan keçmiş xüsusi təyyarə ilə yerli vaxtla saat 19.00-da İsrailin Ben Qurion hava limanından Səudiyyə Ərəbistanınn Neom limanına uçublar. Təyyarə yerə 20.30-da eniş edib. Geriyə səfər saat 23.50-də başlayıb. Onların təyyarəsi Ben Quriona saat 00:50-də çatıb.

İsrail baş nazirinin Administrasiyasından məlumatı şərh etmək istəməyiblər.

Paylaş

 Xəbəriniz olsun