İsrailin Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı

  • SpaceTV
  • 30 Oktyabr 2019 15:04

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb.

SPACE TV  azvision.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin Badakı səfirliyindən məlumat verilib. Bunun maliyyə problemi ilə əlaqədar olduğu bildirilib.

Səfirliyin bununla bağlı açıqlamasında deyilir:

“İsrail Maliyyə Nazirliyinin 2019-ci iyulun 21-də Baş direktor tərəfindən imzalanmış razılaşmaları pozmaq və son onilliklər ərzində qüvvədə olan protokolun ziyanına olmaqla birtərəfli proseduru işə salmaq qərarına əsasən biz diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətində qalırıq”.

Məlumatda o da qeyd olunub ki, səfirlik konsul xidmətləri göstərməyəcək, ziyarətlər üçün bağlanacaq:

“İsrail diplomatları hər zaman ölkənin gücünü və dayanıqlığını artırmaq üçün səy göstərməyə çalışıblar. Təəssüf ki, Maliyyə Nazirliyinin qərarı bizə başqa bir seçim qoymur. Ümid edirik ki, bu böhran ən qısa zamanda həll ediləcəkdir.

Qeyd edək ki, İsrail büdcə məsələləri ilə əlaqədar dünyanın bütün ölkələrində səfirlik və konsulluqlarını (69 səfirlik, 23 konsulluq, 5 xüsusi nümayəndəlik) müvəqqəti bağlayıb.

Paylaş

 Xəbəriniz olsun