İsraildə seçkilərin yekun nəticələri açıqlanıb, Netanyahu yenidən baş nazir olacaq

  • SpaceTV
  • 25 Sentyabr 2019 10:43

İsrail parlamentinə (Knesset) keçirilən seçkilərin yekun nəticələri açıqlanıb.

“Space” Xarici mətbuata istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyası bu gün artıq rəsmi rəqəmləri elan edib.

Səsvermənin nəticələrinə görə, “Kaxol Lavan” bloku qanunverici orqanda 33, Likud Partiyası 32, Ərəb Birliyinın Siyahısı 13, ŞAS (İsrailin Ultra-Dini Siyasi Partiyası) 9, Bizim Evimiz İsraildir Partiyası 8, “Yadut a-Tora” 7, “Yamina” 7, “Avoda-Qeşer” 6, Demokratik Düşərgə Partiyası 5 mandat qazanıb.

Böyük ehtimalla “Kaxol Lavan” və “Likud”un milli birlik koalisiya hökuməti quracaqlar. Bu isə fəaliyyətdə olan baş nazir Binyamin Netanyahunun yenidən hökumətə başçılıq edəcəyini deməyə əsas verir. 

Paylaş

 Xəbəriniz olsun