İsraildə komendant saatı elan edildi

  • Space TV
  • 7 Sentyabr 2020 13:04

İsrail hökuməti epidemioloji vəziyyətin pisləşməsinə görə ölkədə komendant saatı elan edib.

Spacetv.az “Jeruselam Post”a istinadən xəbər verir ki, bu gündən etibarən ölkənin 40 şəhərində saat 19:00-dan 5:00-a qədər komendant saatı tətbiq olunacaq.

Bu müddətdə bütün müəssisələr və qeyri-ərzaq mağazaları bağlı qalacaq.

Qida məhsulları mağazaları, aptek və xəstəxanalar fəaliyyətini davam etdirəcək.

Xüsusi təhsil müəssisələrindən başqa bütün məktəblər və universitetlərin də bağlandığı bildirilir.

Paylaş

 Xəbəriniz olsun