İsraildə hökumət əleyhinə aksiyalar kütləvi dava ilə bitdi

  • Space TV
  • 29 İyul 2020 12:29

İsraildə hökumət əleyhinə təşkil olunan aksiya kütləvi dava ilə başa çatıb.

REN TV xəbər verir ki, bu gecə Təl-Əviv şəhərinin küçələrinə çıxan minlərlə insan Baş nazir Binyamin Netanyahunun istefasını tələb edib.

Nümayişçilər şəhər mərkəzində nəqliyyatın hərəkətini dayandırıb.

Qeyd edək ki, İsraildə artıq bir neçə aydır adı korrupsiya qalmaqalında hallanan Baş nazir Binyamin Netanyahunun istefası tələb olunur.

Paylaş

 Xəbəriniz olsun