İsrail təyyarələri Qəzza zolağına zərbə endirdilər

  • Space TV
  • 20 Dekabr 2019 10:10

İsrailin HHQ-i Həmas radikal dini təşkilatının obyektlərinə raket zərbələri endiriblər.

RBK xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Təyyarələr cümə axşamı günü ərzində iki dəfə yeraltı infrastruktura, hərbi kompleksə və digər hədəflərə atəş açıblar.

Aviazərbələr Qəzza zolağından İsrail ərazisinə açılan raket atəşinə cavab olub.

Paylaş

 Xəbəriniz olsun