İsrail sərt karantin rejiminə qayıdır

  • Space TV
  • 14 Sentyabr 2020 15:15

İsrail Nazirlər Kabineti COVID-19 infeksiyasının yayılma sürətinin artması ilə əlaqədar təcridetmə rejimini yenidən sərtləşdirib.

Spacetv.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məhdudiyyətlər 18 sentyabrdan qüvvəyə minəcək və üç həftə davam edəcək.

Sakinlərin evlərindən 500 metrdən çox uzaqlaşmasına icazə verilməyəcək, hotellər, məktəblər, ticarət mərkəzləri bağlı olacaq.

Paylaş

 Xəbəriniz olsun