İsrail Qəzzanı bombalayır – 11 ölü, 50 yaralı var

  • SpaceTV
  • 13 Noyabr 2019 14:12

İsrail ordusu blokadada saxladığı Qəzza Zolağına dünən səhər saatlarından etibarən hava zərbələri endirir.

SPACE TV  İHA-ya istinadən xəbər verir ki, hücumlar nəticəsində 11 nəfər ölüb, 50 nəfər yaralanıb.

Fələstin cavab olaraq İsrailin bəzi bölgələrinə raket atıb.

Fələstin Baş naziri Məhəmməd Iştiyyə beynəlxalq ictimaiyyətə çağırış edərək İsrailin sivillərə qarşı hücumlarını dayandırmaq üçün hərəkətə keçmələrini istəyb.

Qeyd edək ki, İsrail Qəzzadan Təl-Əvivə qədər 80 km-lik məsafədə fövqəladə vəziyyət elan edib.

Paylaş

 Xəbəriniz olsun