İsrail Qəzza bölgəsinə zərbələr endirib

  • Space TV
  • 19 Dekabr 2019 11:13

İsrail ordusu Qəzza bölgəsində yerləşən HƏMAS-ın hədəflərinə zərbələr endirib.

Qeyd etmək lazımdır ki, zərbələr digər hədəflərlə birgə HƏMAS-ın silah istehsal edən zavoduna da endirilib.

Xarici KİV-lərə əsasən, üç gün əvvəl Qəzzadan İsrailin Sderot şəhərinə raket zərbələri endirilmişdi.

Bundan əlavə, iki həftə əvvəl Qəzzadan Sderot istiqamətində buraxılan üç raket “Dəmir gümbəz” sistemi ilə məhv edilmişdi.

Cavab olaraq isə İsrail helikopterləri Qəzzaya zərbələr endirmişdi.

Paylaş

 Xəbəriniz olsun