İsrail Həması vurdu

  • Space TV
  • 25 Avqust 2020 11:25

İsrail Qəzzanın cənubundakı bəzi Həmas nöqtələrinə zərbələr endirib.

Spacetv.az “TRT Haber”ə istinadən xəbər verir ki, İsrail ordusunun yaydığı yazılı açıqlamada döyüş təyyarələrinin və tankların Həmasa aid bir tunelə və Qəzzanın cənubundakı bəzi hərbi nöqtələrə zərbələr endirdiyi bildirilib.

Fələstin mənbələrindən əldə edilən məlumata görə, İsrail döyüş təyyarələri və tankları, Həmasın silahlı qanadı olan İzzeddin əl-Qassam Briqadalarının boş sahələri və bəzi müşahidə məntəqələrini bombalayıb.

Hücumda ölən və yaralananların olmadığı qeyd olunmayıb.

Paylaş

 Xəbəriniz olsun