Əvvəlki həftələrlə müqayisədə İspaniyada virusa yoluxmuş və bu virusdan dünyasını dəyişən insanların sayında azalma müşahidə olunur. Bu sözləri İspaniyanın Valensiya şəhərində təhsil alan həmyerlimiz Şəbnəm Sabirli deyir. Mart ayının 14-dən ölkədə karantin rejimi elan edilib. Bu gün isə onlar karantinin 52-ci gününü yaşayırlar. Son 1 həftədir ki, yalnız 14 yaşa qədər olan uşaqların valideynləri ilə birlikdə və evlərindən 1 km-dən çox uzağa getməmək şərtilə küçəyə çıxmasına icazə verilib.
Ölkədəkarantin rejimi may ayının 10-na qədər təyin edilib. Bununla da ölkədə fövqəladə vəziyyət müddəti üçüncü dəfədir ki, uzadılıb.
Ölkənin Əmək naziri bildirib ki, İspaniya ilin sonunadək turistlər üçün qapalı olacaq. Mərhələli şəkildə karantindən çıxış turizm sahəsinin açılmasını nəzərdə tutmur. Öz növbəsində, əcnəbilərə yay aylarında ölkəyə bilet almaq məsləhət görülməyib. İspaniya koronavirus pandemiyasının ən çox yayıldığı ölkələr üzrə 2-ci yerdə qərarlaşıb. Bu ölkədə virusa yoluxma halı 219 mini ötüb, ölənlərin sayı isə 23 minə yaxınlaşmaqdadır.
NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV