İspaniyada səhiyyə işçiləri etiraz aksiyası keçirdi

  • SpaceTV
  • 26 May 2020 14:40

spaniyanın paytaxtı Madrid şəhərində iş şəraitinə görə etiraz edən səhiyyə əməkdaşları aksiya keçirib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Axşam saatlarında qısa müddətə iş yerlərini tərk edən tibb işçiləri çalışdıqları xəstəxanaların qarşısında toplaşıblar.

Problemlərin yeni olmadığını qeyd edən əməkdaşlar “ləyaqətli müqavilə, daha çox heyət üzvü və səhiyyə sahəsində ictimai qurumların rolunun gücləndirilməsini” tələb ediblər.

Paylaş

 Xəbəriniz olsun