İspaniyada reperin həbsinə etiraz edənlərlə polis arasında şiddətli toqquşmalar olub

  • Space TV
  • 18 Fevral 2021 11:45

İspaniyada terroru təbliğ etməkdə və krala qarşı təhqiramiz ifadələr işlətməkdə günahlandırılan reper Pablo Aselin həbsinə qarşı etiraz mintinqlərində 48 nəfər saxlanılıb.

Bu barədə “El Periodico” nəşri məlumat yayıb.

Etiraz aksiyaları Barselona və Madrid şəhərlərində, eləcə də Kataloniya və Qranada əyalətlərində keçirilib.

Madrid şəhərində polislə nümayişçilərin toqquşması nəticəsində etiraz edənlərdən doqquz nəfər xəsarət alıb.

Paylaş

 Xəbəriniz olsun