İspaniyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi

  • SpaceTV
  • 2 Aprel 2020 14:59

İspaniyada COVID-19 epidemiyası ilə əlaqədar son 24 saatda 950 nəfər ölüb.

Bu barədə məlumatı “HaberGlobal” verib.

Bildirilir ki, ölənlərin ümumi sayı 10 003 nəfərə yüksəlib.

Qeyd edək ki, İspaniyada, ümumilikdə, 110 238 yoluxma halı qeydə alınıb. Yoluxanlardan 26 743 nəfəri sağalıb.

Paylaş

 Xəbəriniz olsun