İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı – FOTO

  • SpaceTV
  • 21 Sentyabr 2020 11:35

Koronavirusa yoluxanların sayında artımla əlaqədar İspaniyada qadağaların davam etməsini Madrid sakinləri etirazla qarşılayıb.

“Anadolu” agentliyi xəbər verir ki, bu məqsədlə 100-ə yaxın məhəllədə əhali ayağa qalxıb.

Onlar, əsasən, qadağaların bəzi bölgələrdə tətbiqinə qarşı çıxaraq, bunu “ayrı-seçkilik” kimi qiymətləndirirlər.

Qeyd edilir ki, qadağa tətbiq edilən ərazilərdə yalnız iş, məktəb və sağlamlıq səbəbi ilə evdən çıxmağa icazə veriləcək.

Qadağalara əməl etməyənləri isə 600 avrodan (1,210 AZN) 600 min avroya (1,210,380 AZN) qədər cərimə gözləyir.

Paylaş

 Xəbəriniz olsun