İsmayıllıda tütün əkini genişlənir

  • SpaceTV
  • 25 May 2020 17:40

İsmayıllı tütün istehsalında ən qabacıl rayonlardan biridir. Son zamanlar bu istiqamətdə istehsal gücünün daha da artırılması üçün bir sıra işlər görülür. Rayonun 10 kəndində tütün şitilləri əkilir. “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər Diyallı, Qurbanəfəndi, Talıstan, Qalacıq, Təzəkənd, Sumağallı və digər ərazilərdə həyata keçirilir.

Şitillər rayona paylanılmış ümumən 500 qrama yaxın yerli növ toxumdan əldə edilib. Qeyd edək ki, 15 qram toxumdan əldə olunan 50 minə yaxın şitil 1 hektarda əkilərsə, 2 tondan çox məhsul götürmək mümkündür.

                                                                   VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun