İsmayıllıda toyda zəhərlənmə ilə bağlı 33 nəfər xəstəxanaya müraciət edib

  • SpaceTV
  • 28 Avqust 2019 10:25

Səhiyyə Nazirliyi İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı məlumat yayıb.

Hadisə ötən gecə Qəzli kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində övladı üçün keçirdiyi kiçik toy məclisində  baş verib. Toyda qonaqlardan 25 nəfərin halı pisləşib, onlarda tez-tez qusma-işləmə əlamətləri olub. Toy sahibi dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Toyda zəhərlənən şəxsləri təcili xəstəxanaya gətiriblər. 

Space TV xəbər verir ki, xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib. Hal -hazırda isə xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir.

Qidadan zəhərlənmə etimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, özlərini İsmayıllının Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər.

 

Paylaş

 Xəbəriniz olsun