İsmayıllıda qanunsuz yolla narkotik maddələr becərən Balakən sakini saxlanılıb.

  • SpaceTV
  • 5 May 2020 14:51

İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxsə qarşı uğurlu əməliyyat tədbiri keçirilib. İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Balakən rayonu Qullar kənd sakini Emil Novruzov saxlanılıb. Onun İsmayıllı rayon Keşqurd kəndindəki evinə və həyətyanı sahəsinə baxış keçirilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Emil Novruzov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun