İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

  • SpaceTV
  • 7 İyul 2020 16:24

Gədəbəy rayon sakini, 33 yaşlı Hüseynova Cəmalə Ruman qızı idarə etdiyi 99-BO-457 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı yük maşını ilə İsmayıllı – İvanovka yolunda hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı ağır xəsarətlər alan Cəmalə Hüseynova dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Gəncə sakini, 38 yaşlı Babazadə Sahil Muxtar oğlu yüngül xəsarət alıb. Məlumata görə, sürücü və sərnişin bu avtomobillə rayonlara şirniyyat məhsulları daşıyırmış. Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Vahid Fəxri space tv

Paylaş

 Xəbəriniz olsun