İsmayıllıda oğurluq hadisəsi baş verib

  • SpaceTV
  • 29 May 2020 16:18

İsmayıllı şəhər sakini,  Hüseynova Günay Füzuli qızı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək evindən televizor və ərzaq mallarının oğurlanması barədə məlumat verib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oğurluq etməkdə şübhəli bilinən Mican kənd sakini, Qurbanov Samir Mahir oğlu tutularaq istintaqa təhvil verilib.

Onun oğurladığı məhsullar geri qaytarılıb. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

                                                                            VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun