İsmayıllıda oğrular saxlanıb

  • SpaceTV
  • 18 Mart 2020 13:32

 İsmayıllıda bir qrup şəxs birləşərək, özgənin malına tamah salıb. Bu dəfə tamah onları qonşunun tövləsinə aparıb. Dostlar tövlədən oğurladıqları qoyunları kəsib, tamına belə baxa bilmədən ələ keçiblər. Belə yerdə deyirlər ki, artıq tamah baş yarar…

Qoşakənd kənd sakini DİN-in “102” Xidmətinə zəng edərək ona məxsus həyətyanı sahədə yerləşən tövlədən 3 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə məlumat verib. Müraciət əsasında İsmayıllı polisi axtarış-əməliyyat tədbiriləri keçirib. Məlum olub ki, qoyunları oğurlayanlar zərərçəkmişin həmkəndliləridir. Amid Nurməmmədov və bir yeniyetmə şübhəli şəxs qismində saxlanılıb. Onlar qoyunları İsmayıllı rayon sakini Şəfaqət Hüseynova və Göyçay rayon sakini İlkin Kazımova satdıqlarını bildiriblər.    

Heyvanları alan şəxslər də işin içində oğurluq ollduğunu əvvəlcədən bildiklərindən onlar da məsuliyyətdən yaxa qurtara bilməyib.

  VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun