İsmayıllıda narkotik maddələrin qanunsuz becərilməsi ilə məşğul olan qonşular saxlanılıb.

  • SpaceTV
  • 2 İyun 2020 13:41

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. İsmayıllı polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini,  əvvəllər məhkum olunmuş Eşqin Paşayev saxlanılıb. Onun Diyallı kəndində yetişdirdiyi, ümumi çəkisi 246 kiloqrama yaxın olan 784 ədəd çətənə bitkisi və 12 kq 635 qram narkotik vasitə-qurudulmamış marixuana aşkar edilərək götürülüb. Eşqin Paşayev həmin narkotik tərkibli bitkiləri qurudandan sonra satmaq istədiyini etiraf edib.

Eşqin Paşayevin bundan əlavə qonşusu, şəhər sakini Əlmurad  Bəkirovla əlbir olaraq, Diyallı kəndi ərazisində daha 481 ədəd çətənə bitkisi becərdikləri müəyyən olub. Həmin çətənə kolları da kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

                                                                    VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun