İsmayıllıda meşə ərazisində narkotik maddələr becərən şəxslər saxlanılıb.

  • Space TV
  • 23 İyul 2020 15:38

İsmayıllı Rayon Polis Şöbəsinə narkotik maddələrin qanunsuz yetişdirilməsi ilə məşğul olan şəxslər barədə məlumat daxil olub. Polis əməkdaşları əldə etdikləri məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirib. Qalınçaq kəndi ərazisində yerləşən meşədə 2457 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb. İsmayıllı və Zərdab rayon sakinləri İsmayılov Elman Süleyman oğlu və Qazıyev Zaur Faiq oğlu şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.    

                                                                       VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun