İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb

  • Space TV
  • 3 Dekabr 2020 11:09

İsmayıllıda koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Spacetv.az-a verilən məlumata görə, rayonun Göytəpə kənd sakini Yusif Mirzəliyevin COVİD-19 testinin nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin edilib.

Lakin Y.Mirzəliyev infeksiya daşıyıcısı olduğunu bilməsinə baxmayaraq, karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən o, yaşadığı ünvana geri göndərilib.

İsmayıllı Rayon Polis Şöbəsində Y.Mirzəliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş

 Xəbəriniz olsun