İsmayıllıda ilk qar

  • Space TV
  • 23 Noyabr 2019 12:46

Ötən gündən başlayaraq Şimal-Qərb bölgələrimiz artıq ağ örpəyə bürünüb. Çox gecikmədən qar İsmayıllı səmalarında da göründü. Temperaturun kəskin aşağı düşməsi insanların cismini üşütsə də, qəlblərinə bir istilik, bir sevinc gətirir. Sakinlər bildirib ki, qarın yağışı kənd təsərrüfatı məhsullarına, əkin-biçinə də çox xeyirdir. Yağıntı əkin sahələrində məhsula ziyan vuran gəmiricilərə və həşəratlara son qoyur.

Qarın yağması böyüklər qədər kiçiklərin də sevincinə səbəb olur. Amma uşaqlar nə təsərrüfata görə sevinirlər, nə də əkin-biçinə. Onların sevinci sadəcə qartopu oynamaq və həmyaşıdları ilə əylənməkdir.

Sinoptiklər mövcud hava şəraitinin qarşıdakı 2-3 gün ərzində də eyni cür davam edəcəyini bildirib. Əhaliyə diqqətli olmağı və uşaqları soyuqdan qorumağı tövsiyə ediblər.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun