İsmayıllıda güllələnmə hadisəsi baş verib

  • Space TV
  • 21 Aprel 2020 13:44

Rayonun Namazgah kənd sakini Qalib Mürsəlov ov tüfəngi ilə həmkəndlisi – Fərman Mirzəzadəyə məxsus “ Lada – 21214” markalı avtomobili güllələyib. Nəticədə avtomobilə qismən ziyan dəyib. Polisə daxil olan məlumat əsasında hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirib. Hadisəni törətməkdə şübhəli bilinən Qalib Mürsəlov saxlanılaraq polis şöbəsinə gətirilib və o, törətdiyi əməli etiraf edib. Amma heç də əməlindən narazı görünmür, peşiman olmadığını deyirdi.

Ətrafında aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində hadisə yerində istifadə edilən “İJ” markalı ov tüfəngi götürülüb. Silahın müvafiq sənədlərinin olmadığı məlum olub. Qalib Mürsəlov əməlindən nə qədər peşiman olmasa da, qanun hər kəs üçün qanundur. Bəs, gəlin görək, onun bu hərəkətini qanun necə adlandırır…

Silahın başqa bir cinayət əməlində istifadə edilib-edilmədiyi və faktla bağlı ümumi araşdırma aparılır.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun