İsmayıllıda avtomobil piyadanı vuraraq öldürüb

  • SpaceTV
  • 18 Yanvar 2020 17:20

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib., Hadisə ötən gecə İsmayıllı şəhərində qeydə alınıb. Məmmədov Elçin Əlizadə oğlu idarə etdiyi 10-FD-092 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili ilə yolu keçən piyada, 1969-cu il təvəllüdlü Adıgözəlov Asif Ramazan oğlunu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Vahid Fəxri SPACE TV

Paylaş

 Xəbəriniz olsun