İsmayıllıda at əti aşkarlanıb

  • Space TV
  • 14 Dekabr 2019 17:55

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

İsmayıllı rayon ərazisində Avtomobildə at əti daşıyan şəxs saxlanılıb. 

İsmayıllı şəhəri ərazisində hərəkətdə olan “VAZ 21011” markalı avtomobil İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilin yük hissəsinə baxış keçirilən zaman oradan heyvan cəmdəyi aşkar edilib. Nəqliyyat vasitəsinin sürücüsü, İsmayıllı şəhər sakini Elçin Məmmədovdan daşıdığı həmin ətə görə sənədlər tələb olunduqda, o, sənəd təqdim etməmiş, ətin mənşəyi məlum olmadığından avtomobil müvəqqəti duracağa yerləşdirilib. Elçin Məmmədov izahatında həmin ətin at heyvanına məxsus olduğunu və Ağsu rayonunda kəsərək İsmayıllıya gətirdiyini bildirib.Aşkar edilmiş 45 kq ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.

Vahid Fəxri SPACE TV

Paylaş

 Xəbəriniz olsun