İsmayıllı sakini evini qızdırmaq üçün yeni üsula əl atdı

  • Space TV
  • 23 Dekabr 2019 14:10

Rayonun Topçu kənd sakini  Əmrah  Vəliyev isidici cihazlarda dəyişiklik edərək kombi yaradıb. İxtiraçı bildirib ki, bu üsul daha səmərəli və ucuzdur.

Qurğunun üstünlüyü ondan ibarətdir ki, yüksək məbləğ tələb edən kombi yə gərək qalmır. Əmrah Vəliyev bildirib ki, kombinin əvəzinə ondan 2-3 qat ucuz olan isidici cihaz alıb onun üzərində ixtira etdiyi bu cihazı tətbiq etmək daha məqsədəuyğundur. Hətta qurğunun necə işlədiyini də bizə izah etdi.

Onun sözlərinə görə, bu üsulla qaz sərfiyyatına da 2-3 dəfə qənaət etmək mümkündür.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun