İsmayıllı sakini avtomobilində odlu silahla öldürülüb.

  • SpaceTV
  • 8 May 2020 12:14

Rayonun Mişgəmirli kənd sakini, 57 yaşlı – Soltanov Ağasəf  Murtuz oğlunun İsmayıllı şəhər sakini, 20 yaşlı Əzimov Şirxan Nazim oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirildiyi məlum olub. Meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı Rayon Şöbəsinə gətirilib. Polis şöbəsi və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirxan Əzimov saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

                                                                       VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun