İsmayıllı rayonunda qanvermə aksiyası keçirilib

  • Space TV
  • 14 May 2020 16:28

Birinci vitse-prezident, “Heydər Əliyev Fondu”nun Prezidenti -Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsü ilə başlayan qanvermə aksiyasına İsmayıllı rayonu da qoşulub. “Qan ver, həyat qurtar!” adlı aksiyada məqsəd “COVID-19” pandemiyası səbəbindən tətbiq olunan karantin rejimi dövründə qan çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə kömək etmək olub. Rayon icra strukturları, təhsil, mədəniyyət, idman və digər sahələrdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları, həmçinin müxtəlif fiziki şəxslər xüsusi ayrılmış yerdə qan verməyə gəliblər.

Kampaniyaya onlarla xeyirxah insan könüllü qoşulub. Donorlar əvvəlcə müayinədən keçirilib, daha sonra qan alınıb. Aksiya rayon mərkəzi xəstəxanasının dəstəyi ilə və karantin qaydalarına riayət edilərək həyata keçirilib. Prosesin aparılmasında Mərkəzi Qan Bankının Şəki Regional Bölməsindən dəvət edilmiş həkim briqadası da fəal itirak edib.

                                                                         VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun