İsmayıllı rayonu ərazisində suvarma işləri mütəşəkkil qaydada təşkil edilir.

  • SpaceTV
  • 14 Aprel 2020 15:45

Kənd təsərrüfatı sahələrinin vaxtı vaxtında suvarılması məqsədilə rayon ərazisində suvarmanın mütəşəkkil qaydada aparılması üçün silsilə tədbirlər həyata keçirilir. Kanallar lildən təmizlənir, suyun rahat hərəkəti üçün önü açılır və s.  Bütün bunlar baş verə biləcək sel təhlükəsinin qarşısının alınmasına xidmət edir. Rayon ərazisindən keçən Talıstan çayının məcrası genişləndirilir, sahilbərkitmə işləri həyata keçirilir. Əraziyə 4 ədəd texnika cəlb olunub. Artıq təhlükəli hesab olunan 2000 metr ərazidə qazma işləri aparılıb, çay məcrasının eni 30-45 metrə çatdırılıb.

İlkin mərhələdə Talıstan çayın 21 kilometrlik hissəsinin genişləndirilməsi nəzərdə tutulur. Lahıc qəsəbəsinin daşqınlardan mühafizəsi məqsədilə Girdimançay və Gülyançayda da məcra təmizləmə işləri görülür. Kəlbənd kəndi ərazisindən keçən Quru çayda da əsaslı sahilbərkitmə və uzunluğu 29 kilometr olan Göyçay-İsmayıllı magistral beton kanalın lildən təmizlənməsi işləri nəzərdə tutulur.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun