İsmayıllı qəzada öıən və yaralanan var

  • SpaceTV
  • 9 Dekabr 2019 17:48

Hadisə Muğanlı-İsmayıllı avtomobil yolunda baş verib. İlkin məlumatlara görə, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Diyalı kənd sakini, 28 yaşlı Abışov Ramil Əli oğlu hadisə yerində dünyasını dəyişib. 41 yaşlı Süleymanov Ramil Məhəmmədağa oğlu, 37 yaşlı Süleymanov Mehman Eyvaz oğlu, 38 yaşlı İsmayılov İlkin İkram oğlu xəsarət alıblar.

Xəstəxanada daha bir ölüm hadisəsi baş verib. Belə ki, yaralılardan birinin qohumu qəzada oğlunun öldüyünü zənn edərək infarkt keçirib. Xəbəri qəfil eşidən və ürək xəstəsi olan Diyalı kənd sakini Rəhman Nuğayevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun