İşlədiyi fermadan oğurluq etdi

  • SpaceTV
  • 2 Sentyabr 2019 17:03

Fermada işləyirdi, xırdbuynuzlu heyvanlara baxırdı. Lakin sonradan tamah onu yoldan çıxarıb və yavaş-yavaş  elə özü qulluq etdiyi heyvanları oğurlamağa başladı. Xırdabuynuz heyvanların sayında kəskin azalma və onların yoxaçıxması hallarına görə, polisin işə qarışmasına səbəb olub. Məlum olub ki, o heyvanları nə çobanın dediyi kimi, canavar parçalayırmış, nə də ki, itirmiş. Sən demə çoban ara-sıra heyvanlardan bir-bir satıb, özünə necə deyərlər cib xərcliyi edirmiş.

Zərdabda işlədiyi fermadan xirdabuynuzlu heyvan oğurlyan şəxs tutulub. Zərdab rayon Körpükənd kənd sakini 1987-ci il təvəllüdlü Məmmədov Rusif Məhəmmədəli oğlu polisə müraciət edərək, ona məxsus fermer təsərrüfatından 24 baş xırdabuynuzlu heyvanının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etdiyini bildirib.

Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxsin Zərdab rayon Allahqulubağı kənd sakini 1992-ci il təvəllüdlü Mahmudov Əşrəf Mahmudəli oğlunun  olduğu müəyyən edilib.

Keçirilmiş əməliyyat nəticəsində Mahmudov Əşrəf Mahmudəli oğlu şübhəli şəxs qismində saxlanılıb və barəsində cinayət işi açılıb. İstintaq davam edir.

                                      Vahid  Fəxri,  Zərdab

Paylaş

 Xəbəriniz olsun