İşğalı bayram edən ermənilər

  • Space TV
  • 9 May 2020 16:27

 “ERMƏNİSTAN VƏ AZƏRBAYCAN XARİCİ İŞLƏR NAZİRLƏRİ ABŞ-IN DİALOQUN DƏSTƏKLƏNMƏSİNDƏKİ POZİTİV ROLUNU ANLAYIRLAR”. BU SÖZLƏR ABŞ DÖVLƏT KATİBİNİN KÖMƏKÇİSİ CORC KENTƏ MƏXSUSDUR. ONUN SÖZLƏRİNƏ GÖRƏ VAŞİNQTONUN ƏSAS MƏQSƏDİ HELSİNKİ YEKUN AKTININ PRİNSİPLƏRİ ƏSASINDA SÜLHÜN ƏLDƏ OLUNMASIDIR.

PAŞİNYANIN QARABAĞA YOLLANDIĞI BARƏDƏ XƏBƏRLƏR VAR. SƏFƏRİNİN MƏQSƏDİ İSƏ, ŞUŞANIN İŞĞALI İLƏ ƏLAQƏDAR QANİÇƏN HƏMVƏTƏNLƏRİ İLƏ “BAYRAMLAŞMAQDIR”.

ERMƏNİ LİDERİN QARABAĞA GETMƏSİNDƏ DİGƏR SƏBƏB KİMİ FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN QEYD OLUNMASI DA GÖSTƏRİLİR. GUYA HİTLERİN MUZDLU KİLLERLƏRİNDƏN OLAN NJDE ERMƏNİ DEYİL, SANKİ TER ARUTUNYANIN FAŞİZM TERRORÇUSU OLDUĞUNDAN DÜNYA XƏBƏRSİZDİR. AXI NASİST TERRORÇUSUNA QAFAN,  İRƏVAN VƏ DİGƏR ŞƏHƏRLƏRDƏ HEYKƏL QOYANLAR FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏYƏ SEVİNƏ BİLMƏZLƏR!

ANAR RƏHİMOV  SPACE TV

Paylaş

 Xəbəriniz olsun