İşğaldan azad olunan kəndin sakinləri evlərinə dönəcəkləri günü gözləyirlər – VİDEO

  • Space TV
  • 3 Oktyabr 2020 17:31

Minlərlə qarabağlı Qarabağa geri dönəcəyi günü gözləyir. Bəli o gün çox da uzaqda deyil. Qaraxanbəyli – 700 ailə, 2600  sakin, Qarbənd – 245 ailə, 1800 sakin, Horadiz  Kənd – 960 ailə, 4000 sakin,Yuxarı  Əbdülrəhmanlı – 562 ailə, 2500 sakin, Aşağı  Əbdülrəhmanlı – 320 ailə, 1500 sakin. Bu sakinlər 30 ilə yaxındır ki, erməni tapdağında olan və sentyabrın 27-də ordumuzun əks hücumları nəticəsində  düşmən işğalından azad edilən Füzuli  rayonun  5  kəndinin əhalisidir.

1993 –cü ildə ermənilər  tərəfindən işğal olunan Füzuli rayonun 57 kəndinin sakinləri hazırda ölkənin 18 rayon və şəhərində məskunlaşıb. Bir neçə gün əvvəl  erməni tapdağından azad edilən bu kəndlərin sakinləri  ata-baba yurdlarına  gedəcəkləri günü səbrsizliklə gözləyirlər.

Böyük  Mərcanlı – 2518 ailə, 10103 sakin, Nüzgar – 264 ailə, 1031 sakin. Bu kəndlər də bir neçə gün əvvəl  düşmən işğalından azad olunan Cəbrayıl rayonunun 96 kəndindən hələlik 2-dir. Cəbrayıl rayonunun hazırda 91 kəndi işğal altındadır və o kəndlərin də yaxın günlərdə düşməndən azad olunacağına balacadan böyüyə hər birimiz əminik. 27 ildir  ki, vətən həsrəti ilə yaşayan  cəbrayıllılar, gələn il bu tarixi Cəbrayılın qələbə günü kimi  qeyd edəcəklərinə inanırlar.

Şiddətli döyüşlər başladığı ilk gündən  Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində şanlı tarix yazır. Ordumuz hər   gün  xalqımıza  qələbə sevinci yaşatmaqda davam edir. Ən gözəl xəbərlər isə hələ qarşıdadır.

Rəşad Vəkiloğlu, Space TV

Paylaş

 Xəbəriniz olsun