İşğaldan azad edilən ərazilərdə yeni su hövzələri aşkarlandı – AÇIQLAMA

  • Space TV
  • 2 Fevral 2021 16:54

Azərbaycanın işğaldan azad edilən ərazilərində yeni mineral terman su hövzələri aşkar olunub.

Bu sözləri Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert Saatı”nda çıxışı zamanı çıxışında deyib.

O bildirib ki, ümumiyyətlə ölkə ərazisində mineral termal su hövzələri çoxdur:

“Bunlar daha çox Quba, Qusar, Mərkəzi Aran, Lənkəran rayonlarında, eləcə də işğaldan azad olunan Kəlbəcər, Laçın və Şuşa şəhərləridir. Bu üç rayon ərazisində 8 mineral termal su hövzəsi mövcuddur.

Bu hövzələrin yataqlarından 7-si Kəlbəcərdə, 3-ü Şuşada, biri isə Laçındadır. Hələ 1993-cü ilə qədər Kəlbəcərdə Yuxarı İstisu yatağında sanatoriya kompleksi olub. Orada gündə 750 nəfər olmaqla, il ərzində 50 mindən artıq insan istirahət edib, sağlamlığına qovuşurdu.

Eyni zamanda Aşağı İstisu yatağında gündəlik istismar ehtiyatı 80 min litrdən çox olan zavod fəaliyyət göstərirdi. Bu yataqların hər ikisində su çox zəngin mineraloji tərkibə malikdir. Qaraciyər, öd kisəsi, mədə-bağırsaq, diabet, diatez və sonsuzluq xəstəliklərinin qarşısını ala biləcək şəfalı xüsusiyyətlərə malikdir. Araşdırmalar göstərir ki, gələcəkdə ölkəmiz bu su yataqlarından içməli və faydalı su kimi istifadə edə bilər”.

“Burada həm də Zülfüqarlı, Tutqun, Qarasu, Qoturlu kimi digər termal su yataqları da var. Onların temperaturu bəzən 71 dərəcəyə çatır. 

Eyni zamanda Şuşada da 3 ədəd turş su yatağı mövcuddur ki, bunun da kifayət qədər faydalı xüsusiyyətləri var”, – deyə o qeyd edib.

Paylaş

 Xəbəriniz olsun