İşğalçıların “seçkilər”i təxribat idi

  • SpaceTV
  • 27 May 2020 11:23

TÜRKİYƏLİ NAZİR DİM TV-YƏ AÇIQLAMASINDA İLLƏRDİR Kİ, “BİR MİLLƏT İKİ DÖVLƏT – AZƏRBAYCAN VƏ TÜRKİYƏNİN” HƏR SAHƏDƏ BİR-BİRİNİ DƏSTƏKLƏDİYİNİ VURĞULAYIB. O BİLDİRİB Kİ, ATƏT-İN MİNSK QRUPU UZUN ZAMANDIR Kİ, MÜNAQİŞƏNİN HƏLL OLUNMASINDA İRƏLİLƏYİŞƏ NAİL OLMUR, LAKİN ERMƏNİLƏR TƏRƏFİNDƏN İŞĞAL OLUNMUŞ  20 FAİZ AZƏRBAYCAN TORPAQLARINI GERİ QAYTARMAQ RƏSMİ BAKININ HAQQIDIR. ÇÜNKİ BEYNƏLXALQ HÜQUQ DA BUNA ƏSAS VERİR VƏ ONSUZ DA ERMƏNİLƏRİN QARABAĞDA QURDUĞU QONDARMA REJİMİN MÜSTƏQİLLİYİNİ TANIYAN  DA YOXDUR.  O Kİ QALDI SEPARATÇILARIN KEÇİRDİYİ DIRNAQARASI SEÇKİ VƏ ŞUŞA ANDİÇMƏSİNƏ…

NAZİRİN  SÖZLƏRİNƏ GÖRƏ AZƏRBAYCANIN YÜRÜTDÜYÜ XARİCİ SİYASƏTƏ DİQQƏT ETSƏK, İSTƏR HƏMSƏDR ÖLKƏLƏRİN LİDERLƏRİ, İSTƏRSƏ DƏ HƏMSƏDRLƏRLƏ GÖRÜŞ ZAMANI BAKI MÜNAQİŞƏNİN SÜLH YOLU İLƏ HƏLL OLUNMASI ÜÇÜN BİRGƏ FƏALİYYƏTİ ÖNƏ ÇƏKİR. BƏS RƏSMİ ANKARAMÜNAQİŞƏNİN HƏLLİNDƏ  ODLAR YURDUNA NƏ KİMİ KÖMƏK EDƏ BİLƏR?

İKİ ÖLKƏNİN BİRGƏ  HƏYATA KEÇİRDİYİ İQTİSADİ LAYİHƏLƏRDƏN DƏ DANIŞAN TÜRKİYƏLİ NAZİR QARŞILIQLI ƏMƏKDAŞLIQ VƏ TƏRƏFDAŞLIĞIN GÜNÜ -GÜNDƏN DAHA DA GÜCLƏNDİYİNİ SÖYLƏYİB.

HƏQİQƏTƏN DƏ TÜRKİYƏLİ NAZİRİN ÇIXIŞNIN SONUNDA DEYİDİYİ KİMİ – AZƏRBAYCAN VƏ TÜRKİYƏ BİR-BİRİNİN MARAQLARINI HƏR ZAMAN QORUYUB VƏ MÜDAFİƏ ETMƏYƏ DAVAM EDƏCƏK. SONDA QEYD EDƏK Kİ, MÖVLUD ÇAVUŞOĞLU BÜTÜN BUNLARI AZƏRBAYCANLI JURNALİST ELŞAD EYVAZLININ CANLI YAYIM ZAMANI MÜVAFİQ SUALINDAN SONRA AÇIQLAYIB.

ANAR RƏHİMOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun