İşğala susan qətnamələr -VİDEO

  • Space TV
  • 1 May 2020 12:11

1993-CÜ İL, APRELİN 30-DA BMT TƏHLÜKƏSİZLİK ŞURASI KƏLBƏCƏRİN ERMƏNİLƏR TƏRƏFİNDƏN İŞĞALI İLƏ ƏLAQƏDAR QƏTNAMƏ QƏBUL EDİB.  822 SAYLI SƏNƏDDƏ İŞĞALÇILARIN ZƏBT ETDİKLƏRİ TORPAQLARDAN DƏRHAL ÇIXARILMASI TƏLƏB OLUNUR. LAKİN DİGƏR 3 QƏTNAMƏ KİMİ BU SƏNƏD DƏ YERİNƏ YETİRİILMƏYİB. MƏGƏR,  BMT TRİBUNALARDA XƏBƏRDARLIQ DOLU ÇIXIŞLARDAN BAŞQA FAYDA VERƏ BİLƏCƏK TƏSİSAT DEYİL? SUALLARA CAVAB TAPMAQ ÜÇÜN TƏŞKİLATIN FƏALİYYƏTİNƏ NƏZƏR SALAQ. ƏVVƏLCƏ ONU DEYİM Kİ, ERMƏNİSTANIN BAŞLATDIĞI QARABAĞ MÜHARİBƏSİ İLLƏRİNDƏ DİGƏR MÜNAQİŞƏLƏRDƏ   2 MİLYONDAN ÇOX UŞAQ ÖLÜB. BMT İSƏ YANLIZ 2001-Cİ İLDƏ ÜZV ÖLKƏLƏRLƏ QANUNSUZ SİLAH ALVERİNƏ QARŞI NƏZARƏTİN GÜCLƏNDİRİLMƏSİ HAQQINDA RAZILIQ ƏLDƏ EDİB. TƏŞKİLATIN SÜLHMƏRAMLI ƏMƏLİYYATLARI DA OLUR Kİ, İŞTİRAK EDƏCƏK HEYƏTİ TƏHLÜKƏSİZLİK ŞURASI MÜƏYYƏNLƏŞDİRİR. BƏXTİMİZDƏN  ŞURANIN 5 DAİMİ ÜZVÜNDƏN BİRİ DƏ RUSİYADIR.  ERMƏNİLƏRİN QƏTNAMƏLƏRƏ LAQEYDLİYİNİ BUNUNLA  ƏLAQƏLƏNDİRƏNLƏR DƏ VAR

ÜMUMƏN GÖTÜRSƏK QƏTNAMƏLƏRDƏ BƏZİ SƏHVLƏR DƏ MÖVCUDDUR.

BMT –NİN KÖMƏYİ İLƏ 1948-49-CU İLLƏRDƏ BERLİN , 1962-Cİ İLDƏ  KUBA RAKET BÖHRANI, 1973-CÜ İLDƏ YAXIN ŞƏRQ BÖHRANI  NEYTRALLAŞDIRIB. BUNUNLA DA TƏŞKİLAT SUPERGÜCLƏR ARASINDA BAŞ VERƏCƏK MÜHARİBƏNİN QARŞISINI ALIB. SİYAHINI KONQO, QVATEMALA, İRAN-İRAQ, SALVADORDA NAİL OLUNAN SÜLHLƏRLƏ DAVAM ETDİRMƏK OLAR. AMMA ETİRAF ETMƏK LAZIMDIR Kİ, SÜLH HƏMİŞƏ PROBLEMİN HƏLLİ DEMƏK DEYİL, ÇÜNKİ BİZ  “ATƏT-İN ATƏŞKƏS REJİMİ”NƏ RİAYƏT EDİRİK, Dİ GƏL Kİ, İŞĞAL  AMİLİ QALMAQDADIR. QƏRARLAR İCRA EDİLMƏYƏNDƏ TƏHLÜKƏSİZLİK ŞURASI İQTİSADİ, TİCARİ SANKSİYALAR TƏTBİQ EDƏ, QƏRARA ƏMƏL ETMƏYƏN ÖLKƏNİN SİLAH ALVERİNƏ QADAĞA QOYA BİLƏR, HƏTTA DİPLOMATİK MƏHDUDİYYƏTLƏR HƏYAT KEÇİRMƏK GÜCÜNDƏDİR.  TƏHLÜKƏSİZLİK ŞURASI BƏZİ HALLARDA GÜC DƏ TƏBİQ ETMƏK SƏLAHİYYƏTİNƏ MALİKDİR. BƏS,  BMT QƏTNAMƏLƏRİNƏ ƏMƏL ETMƏYƏN ERMƏNİSTAN HANSI SƏRT REAKSİYA İLƏ   ÜZLƏŞİB? TƏƏSSÜF Kİ, BELƏ BİR FAKT YOXDUR.

ANAR RƏHİMOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun