İşğal altında olan 128 alban məbədi erməni qriqoryan kilsəsinə çevrilib

  • Space TV
  • 14 Yanvar 2021 17:34

“Ermənistan Azərbaycanın tarixi-dini, mədəniyyət abidələrinə münasibətdə konkret bir siyasət həyata keçirib”.

Spacetv.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, bu siyasətin mahiyyəti ilk növbədə bizim izlərimizi oradan silməkdir: “Bunun üçün onlar üç istiqamətdə iş aparıblar. Birincisi, İslam məbədlərini, məscidləri, ziyarətgahları dağıdıblar. İkincisi, İslam məbədlərini başqa xalqın mədəniyyətinin nümunəsi kimi təqdim edib, yəni özgəninkiləşdiriblər. Üçüncü istiqamət isə, alban məbədlərinə olan münasibət idi ki, burada onların siyasətinin mahiyyəti özününküləşdirmək xarakteri daşıyırdı”.

Sədr müavini bildirib ki, işğal altında olan 128 alban məbədinin demək olar ki, hamısı, o cümlədən Xudavəng məbədi, Laçındakı Ağaoğlan məbədi, Ağdərədəki Gəncəsər məbədi və Xocavənd rayonundakı Amasar kilsəsi erməni qriqoryan kilsəsinə çevrilib.

Paylaş

 Xəbəriniz olsun