İşəgötürənlərə xəbərdarlıq

  • SpaceTV
  • 25 May 2020 18:04

Dövlət tərəfindən karantin dövründə işini itirmiş vətəndaşlara kompensasiya ödənildi, zərər görmüş sahibkarlara müəyyən güzəştlər edildi,ancaq bəzi işəgötürənlər karantin dövründə öz işçilərinə dəstək olmaq əvəzinə karantindən sözün əsl mənasında istifadə edərək işçiləri işdən azad etməkdən çəkinmədilər

Akif Cəfərov Azəristilik Açıq Səhmdar Cəmiyyətində  5 il çilingər vəzifəsində çalışıb.Karantin müddətində işlədiyi qurumun rəhbərliyi tərəfindən  ixtisara salınaraq işdən azad olunub, bundan başqa  o,1 aylıq əmək haqqının 18 gününün maaşınıda ala bilməyib.

Akif Cəfərovun işdən hansı səbəbə azadolunması ilə bağlı Azərsitilikdən bildirildi ki, bayram günləri olduğu üçün bu şəxsin işinin itirməsi ilə bağlı hər hansı münasibət bildirmək mümkün deyil.

Pandemiya dövründə ,karantin müddətini  əsas gətirirək işçilərlə bağlanmış müqaviləyə xitam verən  təkcə Akif Cəfərovun işlədiyi müəssisənin rəhbərliyi deyil. Bəs dövlət tərəfindən bu kimi qayda pozuntuları aşkar edildikdə işəgötürənlər barədə hansı tədbirlər görülür və işini itirmiş şəxs Dövlət Əmək müffətişliyinə müraciət etmədikdə belə qanun pozuntularının  qarşısını almaq mümkündürmü?

DƏM-nin şöbə müdiri Mehman Abdullayev deyir ki, “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən edilən nəzarət zamanı ayrı-ayrı işəgötürənlər tərəfindən  mart aprel aylarında altsistemdə qeydiyyata alınmış əmək müqavilələrinin bir qisminə xitam verildiyi, hətta bəzən bağlanmış əmək müqaviləsinin  bir gün və ya bir neçə gün sonra ləğv olunduğu müəyyən edilib

Dövlət Əmək müfəttişliyi Xidməti bir daha bütün işəgötürənlərə xəbərdarlıq edir ki,mövcud vəziyyətdən sui-istiadə edərək işçilərin əsassız yerəişdən çıxarılmasına ,ixtisarlara yol verən, həmçinin karantin dövründə “Əmək müqaviləsi bildirişi” altsisteminə yalnış məlumat daxil edən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun olaraq məsuliyyət tədbirləri görülüəcək

Paylaş

 Xəbəriniz olsun