İşə gecikən 19 yaşlı gənc avtomobili saatda 203 kilometr sürətlə idarə etdi

  • SpaceTV
  • 18 Noyabr 2019 20:36

ABŞ-ın Men ştatının York şəhərində polis əməkdaşları avtomobili saatda 203 kilometr sürətlə idarə edən şəxsi saxlayıblar. 

Məlumatı “Seacoastonline” saytı yayıb. 

Noyabrın 17-də, səhər saatlarında 19 yaşlı Aleksey Kidni “Nissan Altima” avtomobili ilə maksimim sürət həddinin saatda 105 kilometr təyin edildiyi magistral yolda 203-lə idarə edib. İlk olaraq qanun pozuntusunu polis helikopteri qeydə alıb. 

Hadisəyə müdaxilə edən yol polisinin əməkdaşları avtomobili saxlayıblar. Sürücü yüksək sürət həddini “işə gecikməsi ilə” izah edib.

Paylaş

 Xəbəriniz olsun