İrlandiyada çətin şəraitdə yaşamağı bacaran işçilər axtarılır

  • SpaceTV
  • 25 Yanvar 2020 12:49

Mülk sahibləri Alisa Heyl və Billi Konor adaya çətin şəraitdə yaşaya bilən gözətçi və işçilər axtarır.

SPACE TV  bildirir ki, nəzarətçilər apreldən oktyabra qədər adada balaca kafeni və 3 koteci idarə etməlidirlər. Qreys Blasket adasında güclü küləklər olur, elektrik və isti su təminatı yoxdur. Soyuq su üçün isə bulağa getmək lazımdır.

İşin çətinliyinə baxmayaraq, sorğuya dünyadan artıq 27 000 adam cavab göndərib.

Paylaş

 Xəbəriniz olsun