İrina Viner-Usmanova Azərbaycan Prezidentini təbrik edib

  • Space TV
  • 23 Dekabr 2020 16:09

Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Spacetv.az xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.

Bu gözəl gün Sizin üçün, ailəniz üçün və bütün Azərbaycan üçün bayramdır.

Sizin Azərbaycan Prezidenti vəzifəsində səmərəli fəaliyyətiniz ölkə vətəndaşlarının inamı və etibarı ilə, gözəl ölkənizin firavanlaşması naminə gördüyünüz işə bütün xalqın verdiyi yüksək qiymətlə dəstəklənir.

Siz yüksək şəxsi keyfiyyətləriniz, qətiyyət və müdrikliyiniz sayəsində xalqın mənafe və amallarını həyata keçirən uzaqgörən və peşəkar siyasi xadim kimi çox böyük nüfuzunuzu hər gün uğurla təsdiqləməyə nail olursunuz. Siz dövlətin beynəlxalq mövqelərinin möhkəmlənməsi üçün daim səy göstərir, Azərbaycan iqtisadiyyatının və sosial həyatının inkişaf etməsinə qayğı ilə yanaşır, ölkədə idmanın tərəqqisinə ciddi diqqət yetirirsiniz.

Bu əlamətdar gündə Zati-alinizə bir daha dərin ehtiramımı bildirir, Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə səmimi qəlbdən uğurlar, xoşbəxtlik, möhkəm cansağlığı, sevinc və firavanlıq, Sizə və yaxınlarınıza tükənməz enerji diləyirəm”.

Paylaş

 Xəbəriniz olsun