İribuynuzlu heyvanlar peyvənd olunub

  • SpaceTV
  • 30 Noyabr 2019 15:38

İribuynuzlu heyvanlarda brüsulyoz təhlükəsi…

Əsasən heyvanlarda brüsulyoz xəstəliyinin qarşısını almaq məqsədilə təsərrüfatlar nəzarətə götürülüb.İribuynuzlu mal-qara brüsulyoza qarşı damcı üsulu ilə peyvənd olunur.Heyvanların saxlandığı mal tövlələri isə dezinfeksiya olunur.Qax rayon Baytarlıq idarəsindən bildirildi ki,peyvəndləmə işləri təkcə brüsulyoz xəstəliyi ilə kifayətlənmir.Qara yara,dabaq və quduzluğa görə də profilaktik tədbirlər aparılır.

Uzun illərdir heyvandarlıqla məşğul olan təsərrüfat sahibləri,bu vaxta qədər heyvanlarda hansısa bir xəstəliyə rast gəlmədiklərini bildirirlər.Hansısa bir şübhəli hal baş verərsə dərhal baytar həkimlərə müraciət etdiklərini söyləyirlər.

Qeyd edək ki,2019-cu ildə Qax rayonu ərazisində heyvanlar arasında xəstəlik aşkarlanmayıb.

 İlkin Piranov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun