İraqa aviazərbələr barədə məlumat təkzib olundu – YENİLƏNİB

  • Space TV
  • 19 Yanvar 2021 12:10

İraqın təhlükəsizlik orqanları Babildəki aviazərbələr barədəki məlumatları təkzib ediblər.

Bu barədə, ölkənin INA dövlət informasiya agentliyi məlumat yayıb.

“Bəzi KİV və sosial şəbəkələrdə əks olunan İraqın Babil vilayətinə endirilən hava zərbələri haqqında məlumatlar həqiqətə uyğun deyil. Belə yanlış məlumatların yayılması ictimai rəydə çaşqınlıq yaratmaq məqsədi güdür”, – deyə məlumatda bildirilir.

11:26

İraqın mərkəz hissəsində yerləşən Babil əyalətinin Curf ən-Nəsr şəhəri aviasiya hücumuna məruz qalıb.

Spacetv.az xəbər veirr ki, bu barədə Livanın “Əl-Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata əsasən, zərbənin endirildiyi ərazi İraq Silahlı Qüvvələrinin nəzarəti altındadır. Telekanal ABŞ təyyarələrinin, həmçinin Suriya ilə sərhəd yaxınlığında yerləşən Əl-Kaim şəhəri üzərində də göründüyünü bildirib.

“Fox News” telekanalı isə Pentaqona istinadən bəyan edib ki, ABŞ hərbçiləri bu gecə İraqın mərkəzi hissəsinə hava zərbələri endirməyib.

Paylaş

 Xəbəriniz olsun