İraqdakı toqquşmalarda 111 nəfər ölüb

  • Space TV
  • 25 Noyabr 2019 10:42

Oktyabrın əvvəlindən indiyədək İraqın şəhərlərində keçirilən aksiyalarda təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı 111 nəfər həlak olub.

SPACE TV xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraqın Səhiyyə naziri Gəfər Ələvi açıqlama verib.

Nazir ölənlər arasında aksiya iştirakçıları ilə bərabər təhlükəsizlik qüvvələrinin əməkdaşlarının da olduğunu bildirib.

Paylaş

 Xəbəriniz olsun