İraqdakı etiraz aksiyalarında ölənlərin sayı 30 nəfərə çatıb

  • Space TV
  • 26 Oktyabr 2019 10:38

İraqın paytaxtında baş vermiş etirazlar zamanı ölənlərin sayı 30 nəfərə çatıb, daha 2300 insan isə xəsarət alıb.

SPACE TV xəbər verir ki, bu barədə BMT-nin İraqda insan haqları üzrə Ali Komissarlıq İdarəsinin yaydığı məlumatda qeyd olunur.

Buna qədər 21 nəfərin öldüyü, 1779 nəfərin isə xəsarət aldığı deyilirdi.

“Təhlükəsizlik qüvvələri, partiya ofislərinin mühafizəçiləri və etirazçılar arasında baş vermiş qarşıdurmalar zamanı ölən nümayişçilərin sayı 30-a yüksəlib. Onlardan 8-i Bağdadda, 9-u Maysan əyalətində, 9-u Di-Kar əyalətində və daha biri Mutann bölgəsində ölüb”, – deyə sənəddə bildirilib.

Sənədə görə, yaralıların sayı 2312 nəfərə çatıb.

Paylaş

 Xəbəriniz olsun