İraqda növbəti toqquşmalar: 85 nəfər yaralandı

  • Space TV
  • 6 Fevral 2020 10:50

İraqın Nəcəf şəhərində nümayişçilərlə Müqtəda əs-Sədrin tərəfdarları arasında toqquşmalar olub.

SPACE TV xəbər verir ki, bu barədə “Əl-Sumariyə” telekanalı məlumat yayıb.

Toqquşmalar zamanı ən azı 85 nəfərin xəsarət aldığı bildirilib.

Qeyd edək ki, İraqda bir neçə aydır davam edən etirazlarda hökumətin istefası, korrupsiyaya, işsizliyə qarşı mübarizə aparılması, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edilir.

Paylaş

 Xəbəriniz olsun