İraqda etirazçılar diplomatik nümayəndəliyin binasını yandırdılar

  • Space TV
  • 28 Noyabr 2019 12:42

İraqda nümayişçilər İranın Nəcəf şəhərində yerləşən konsulluq binasını yandırıblar.

Məlumatı İraqın “Shafaq” agentliyi yayıb.

Ötən gün verilən məlumatda bildirilirdi ki, etirazçılarla təhlükəsizlik qüvvələrinin Nəcəf şəhərində yerləşən İran konsulluğunun ətrafında baş vermiş toqquşmaları nəticəsində 80 nəfər nümayişçi yaralanıb. Vilayətdə komendant saatı elan olunub.

Hadisə nəticəsində diplomatik nümayəndəliyin əməkdaşları xəsarət almayıb.

Xatırladaq ki, İraqda bu ilin oktyabr ayından başlayaraq etiraz aksiyaları keçirilir. Nümayişçilər işsizlik, korrupsiya, xarici ölkələrin İraqın daxili işlərinə müdaxilə etməsindən narazıdırlar. 

Paylaş

 Xəbəriniz olsun